Hörmüz boğazının cənub marşrutunda mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan növbəti ixtisaslaşdırılmış gəmi vurulub.
Denizxeber.az bildirir ki, hücum Oman sularında, Hörmüz boğazının cənub istiqamətində qeydə alınıb. Zərbəyə məruz qalan gəminin Bermuda bayrağı altında üzən “Gazlug Shangal” adlı LNG tankeri olduğu və göyərtəsində Qətərə məxsus mayeləşdirilmiş təbii qaz daşıdığı bildirilir. Məlumatda vurğulanır ki, gəmi sözügedən marşrutla hərəkət edərkən avtomatik eyniləşdirmə (AIS) və mövqetəyinetmə sistemlərini söndürüb.
Qeyd edək ki, Hörmüz boğazının cənub marşrutu rəsmi olaraq mülki gəmiçilik üçün açıq elan edilsə də, fəal hərbi əməliyyatlar və dəniz minaları səbəbindən yüksək riskli zona hesab olunur. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bir qədər əvvəl bəyanat yayaraq cənub акваторияsının minalandığını və həmin marşrut üzrə naviqasiyanın həyati təhlükə daşıdığını bildirmişdi.
Bu, gün ərzində Hörmüz boğazında dəniz nəqliyyatı vasitələrinə qarşı qeydə alınan üçüncü ciddi insidentdir. Bölgedə kəskinləşən dəniz blokadası fonunda strateji enerji daşıyıcılarının təhlükəsizliyi kəskin şəkildə pisləşməkdə davam edir.





