Hörmüz və Bab əl-Məndəb boğazlarından keçən gəmilərin sayı əvvəlki günlərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
Denizxeber.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə gəmiçilik məlumatları açıqlanıb.
Dəniz daşımalarını monitorinq edən “Kpler” platformasının məlumatına görə, çərşənbə günü Hörmüz boğazından cəmi 2 gəmi keçib. Halbuki bir gün əvvəl bu göstərici 8 gəmi təşkil edib.
Müqayisə üçün qeyd edək ki, ABŞ-İran müharibəsi başlamazdan əvvəl, fevral ayında strateji əhəmiyyət daşıyan Hörmüz boğazından gün ərzində təxminən 130–140 gəmi keçirdi.“Kpler”in məlumatına əsasən, Bab əl-Məndəb boğazında da gəmi hərəkətində kəskin azalma qeydə alınıb. Belə ki, çərşənbə günü boğazdan yalnız bir yük gəmisi keçib. Baham adaları bayrağı altında üzən həmin gəmi quru yükdaşıyan gəmi olub.Ötən gün isə Bab əl-Məndəb boğazından 20 gəmi keçmişdi.Beləliklə, bir gün ərzində Hörmüz boğazında gəmi keçidlərinin sayı 8-dən 2-yə, Bab əl-Məndəbdə isə 20-dən 1-ə düşüb.
ABŞ-İran qarşıdurması fonunda gəmiçilikdə risklər artırABŞ və İran arasında münasibətlərdə növbəti gərginlik iyulun 8-də başlayıb.Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab verdiyini bildirərək İran ərazisinə bir neçə silsilə zərbə endirib.
Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını açıqlayıb.Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Omanla bağlı addımlar atıb.Hörmüz və Bab əl-Məndəb boğazları qlobal dəniz ticarəti və enerji daşımaları baxımından dünyanın ən mühüm su yolları sırasında yer alır. Bu marşrutlarda gəmi hərəkətinin kəskin azalması beynəlxalq yükdaşımalar, enerji bazarları və təchizat zəncirləri üçün ciddi risklər yarada bilər.





