Təhlükəli səyahət

64

La-Manş boğazı vasitəsilə Böyük Britaniyaya qeyri-qanuni keçid cəhdlərində tək bir qayıqda daşınan miqrantların sayı üzrə yeni göstərici qeydə alınıb.

Denizxeber.az bildirir ki, miqrantlarla həddindən artıq yüklənmiş iri rezin qayıq gecə saatlarında Fransa sahillərindən yola düşərək səhər tezdən Böyük Britaniyanın Dover liman şəhərinə çatıb. 230 nəfərin daşındığı bu səfər tək bir qayıqla La-Manş boğazını keçən miqrantların sayına görə tarixi antirekord olub. İyul ayında qeydə alınan əvvəlki rekord göstəricidə bir qayıqda 165 nəfər daşınmışdı.

Son aylarda insan qaçaqmalçılarının xərcləri azaltmaq və Sahil Mühafizəsi tərəfindən saxlanılma riskini bölüşdürmək üçün təhlükəsizlik normalarını pozaraq rezin qayıqlara daha çox insan mindirdiyi bildirilir. Cari ilin yanvar-iyul ayları ərzində 14 minə yaxın qeyri-qanuni miqrant La-Manş boğazını dəniz yolu ilə keçərək Böyük Britaniya ərazisinə daxil olub. Britaniya Sahil Mühafizəsi və Krallıq Hərbi Dəniz Qüvvələri boğazdakı intensiv gəmi hərəkəti fonunda bu cür həddindən artıq yüklənmiş qayıqların batma riskinin yüksək olduğunu vurğulayırlar.