Təhlükəli hədd

98

2026-cı ilin iyul ayında dünya okeanının temperaturu bütün müşahidələr tarixində ən yüksək səviyyəyə çataraq yeni rekord vurub.

Denizxeber.az bildirir ki, Avropanın “Kopernik” İqlim Dəyişikliyi Xidmətinin təqdim etdiyi statistikada qütb zonaları istisna olmaqla, dəniz səthinin orta temperaturunun 20.96°C-yə yüksəldiyi bildirilir. Müqayisə üçün, 2023-cü ilin iyulunda bu göstərici 20.89°C təşkil etmişdi. Temperatur artımı xüsusilə Atlantik okeanının sahil zonalarda və Aralıq dənizinin qərb hissəsində kəskin dəniz istilik dalğaları ilə müşayiət olunub.

2026-cı ilin iyulunda yerüstü hava temperaturu 2024-cü ilin eyni ayı ilə müqayisədə cəmi 0.01°C aşağı olub. Alimlər hər iki dövrü tarixdə ən isti ikinci iyul ayı kimi qiymətləndirirlər.

İyun və iyul ayları arasında Qərbi Avropada orta temperatur normadan 2.79°C yüksələrək 21.62°C-yə çatıb. Aşırı quraqlıq Aralıq dənizi hövzəsində genişmiqyaslı meşə yanğınlarına, habelə Sena, Reyn və Dunay kimi mühüm naviqasiya arteriyalarında su səviyyəsinin kəskin düşməsinə səbəb olub. Tədqiqatçılar istilik anomaliyalarını qlobal iqlim dəyişikliyi ilə əlaqələndirirlər və “El-Ninyo” təbiət hadisəsinin təsiri ilə temperaturun qarşıdakı dövrdə daha da yüksələcəyini istisna etmirlər.