Strateji tərəfdaşlıq yeni mərhələdə

71

Çin Xalq Azadlıq Ordusunun və İndoneziyanın Hərbi Dəniz Qüvvələri (HDQ) avqust ayının ortalarında Tayvan adası yaxınlığındakı akvatoriyada birgə dəniz təlimləri keçirməyi planlaşdırır.

Denizxeber.az bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) Çin Xalq Respublikasının Milli Müdafiə Nazirliyinə istinadən xəbər yayıb. Təlimlər zamanı hər iki ölkənin HDQ-yə məxsus freqatları dənizdə rabitə və koordinasiya sistemlərinin işlənməsi, eləcə də gəmilərin hərəkətdə olarkən ehtiyatlarla (yanacaq, su və s.) təmin edilməsi əməliyyatlarını icra edəcəklər.

Çin Müdafiə Nazirliyinin bəyanatında vurğulanır ki, birgə manevrlərin ana hədəfi iki ölkə donanmasının qarşılıqlı əməliyyat imkanlarını yüksəltmək və praktiki hərbi əməkdaşlığı dərinləşdirməkdir. Çin tərəfi təlimlərin Asiya-Sakit okean regionunda sülhün, dəniz təhlükəsizliyinin və sabitliyin qorunmasına xidmət etdiyini bəyan edib.