Yəmən husilərinin ticarət gəmisinə təşkil etdiyi hücum ağır itkilərlə nəticələnib

46

Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) Bab əl-Məndəb boğazında “Tihama” kommersiya gəmisinə təşkil etdiyi raket zərbələri nəticəsində həlak olanların sayısı 6-ya çatıb, daha 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Denizxeber.az bildirir ki, ilkin araşdırmalar itkilərin və yaralıların tərkibini tam dəqiqləşdirib.

Raket zərbələri nəticəsində gəmi heyətinin 4 müllki üzvü (3 Pakistan və 1 İndoneziya vətəndaşı), həmçinin xilasetmə əməliyyatına cəlb olunmuş İkinci Dəniz Briqadasının 2 hərbçisi həyatını itirib. Xəsarət alan 10 nəfərdən 7-si gəminin mülki heyət üzvü, 2-si Sahil Mühafizəsinin əməkdaşı, 1-i isə hərbi qulluqçudur.

Yəmən rəsmilərinin bildirdiyinə görə, təhlükəsizlik və xilasetmə qüvvələri arasında itkilər gəmi ekipajının təxliyəsi həyata keçirilərkən husilərin mütəşəkkil şəkildə endirdiyi ikinci raket zərbəsi səbəbindən baş verib. Birinci hücumdan təxminən 3 saat sonra husilər gəmiyə doğru partlayıcı ilə yüklənmiş pilotsuz kater (kamikadze-kater) yönəldiblər. Lakin dəniz PUA-sı Yəmən hərbçiləri tərəfindən vaxtında aşkar edilərək məhv edilib. Hadisə zonasında aparılan gərgin xilasetmə əməliyyatları nəticəsində “Tihama” gəmisindən ümumilikdə 11 dənizçi təhlükəsiz təxliyə olunub.