Dənizdə milyonluq itki

97

İtaliyanın Sardiniya adasında, Porto-Çervo kurort zonası yaxınlığında 30 metr uzunluğunda olan “Angiola II” adlı dəbdəbəli yaxta mühərrik bölməsində yaranan qəfil texniki nasazlıq nəticəsində batıb.

Denizxeber.az bildirir ki, dəyəri 8 milyon avrodan çox olan gəmi cəmi dörd gün əvvəl italiyalı bir sahibkar tərəfindən satın alınıb.

Qəza anında yaxtada heyət üzvləri və sərnişinlər daxil olmaqla ümumilikdə 14 nəfər olub. Yaxınlıqdakı digər gəmilərin və Sahil Mühafizəsi qüvvələrinin operativ müdaxiləsi nəticəsində göyərtədəki 14 nəfərin hamısı xəsarət almadan təhlükəsiz şəkildə təxliyə edilib.

Yaxta hazırda Kosta-Smeralda akvatoriyasında təxminən 7 metr dərinlikdə suyun altında qalıb. Ərazidə yanacaq sızmasının və ekoloji çirklənmənin qarşısını almaq üçün yerli Sahil Mühafizəsi tərəfindən müvafiq monitorinq və təhlükəsizlik tədbirləri həyata keçirilir.