100-ə yaxın gəminin istiqaməti dəyişdirildi

138

ABŞ hərbçiləri İranın dəniz blokadasını bərpa etdikdən sonra son 60 gün ərzində 100 ticarət gəmisinin istiqamətini dəyişiblər.

Denizxeber.az bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

“CENTCOM qüvvələri ABŞ-nin blokadanı bərpa etməsindən sonra son 60 gün ərzində 100 kommersiya gəmisinin istiqamətini dəyişib”, – deyə paylaşımda bildirilib.

CENTCOM qeyd edib ki, ABŞ hərbi qüvvələri blokadanın təmin olunmasına yönəlmiş fəaliyyətlərini davam etdirirlər.

Bildirilib ki, ticarət gəmilərinin marşrutlarının dəyişdirilməsi regionda dəniz nəqliyyatı və beynəlxalq gəmiçilik üçün əlavə məhdudiyyətlər yaradır.