Gəmi ilə əlaqə kəsilib – VİDEO

141

İndoneziya sahillərində göyərtəsində azı 243 nəfərin olduğu bərə ilə əlaqə kəsilib.

Denizxeber.az bildirir ki, bu barədə “Reuters” agentliyi ölkənin axtarış-xilasetmə xidmətinə istinadən məlumat verib.

Agentliyin məlumatına görə, gəmi Surabaya şəhərindən Bancarmasinə doğru hərəkət edirmiş.

Son məlumatlara əsasən, azı 103 sərnişinin bərədən təxliyə edilib.

Digər detallar hələlik açıqlanmır.