RINA şirkətinin nümayəndələri ilə işgüzar görüş – FOTO

91

Bakı Gəmiqayırma Zavodunda RINA şirkətinin nümayəndələri ilə işgüzar görüş keçirilib.

Denizxeber.az bildirir ki, görüş İstanbulda tərəflər arasında keçirilmiş əvvəlki müzakirələrin davamı olaraq baş tutub. Tərəflər gəmiqayırma və gəmi təmiri sahələrində təsnifat, texniki əməkdaşlıq və potensial tərəfdaşlıq imkanlarını müzakirə ediblər.

Görüş çərçivəsində qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi və peşəkar əlaqələrin davam etdirilməsi imkanları nəzərdən keçirilib.

#bakıgəmiqayırmazavodu