Baltik dənizində təlimlər

54

Finlandiya polisinin xüsusi bölməsi Baltik dənizində mülki gəmilərin ələ keçirilməsi üzrə “Marsec EU26” təlimi keçirib.

Denizxeber.az “Yle” teleradio şirkətinə istinadən məlumat yayıb.

Təlimdə Finlandiya polisinin xüsusi bölmələri və sərhədçilər iştirak ediblər. Təlim çərçivəsində hüquq-mühafizə əməkdaşları mülki gəmilərə helikopterdən enmə əməliyyatlarını məşq ediblər.

Təlimləri Avropanın hərbi ekspertləri və müdafiə qurumlarının nümayəndələri müşahidə ediblər. Polşanın Sərhəd Mühafizəsi və Fransa Hərbi Dəniz Qüvvələri də öz gəmiləri ilə təlimlərə qatılıb.

Finlandiya “Marsec EU26” təliminin keçirilməsini Baltik dənizində enerji kabellərinə ziyan vurulması ilə bağlı əvvəlki hadisələrə bənzər insidentlərin qarşısının alınması istiqamətində hazırlığın nümayiş etdirilməsi zərurəti ilə əsaslandırıb.