1 milyard barel neft çıxarıldı

56

ABŞ hərbçiləri son bir neçə ay ərzində tankerlərin Hörmüz boğazından təxminən 1 milyard barel neft çıxarmasına kömək edib.

Denizxeber.az bildirir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper bildirib.

“Son bir neçə ay ərzində Hörmüz boğazından 1 milyard barel neft daşınıb. Biz buna boğazdan keçən 2 mindən çox kommersiya gəmisinə dəstək göstərməklə nail olmuşuq”, – deyə o, Mərkəzi Komandanlığın “X” sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirib.

Kuper əlavə edib ki, ABŞ regiondakı tərəfdaşları ilə onların hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi və yeni koalisiya zərbə PUA-ları qrupunun yaradılması istiqamətində çalışır.

Qeyd edək ki, avqustun ortalarında Mərkəzi Komandanlıq tarixində ilk dəfə çoxmillətli zərbə PUA-ları qruplaşması — Task Force Falcon Strike-ın yaradıldığını elan edib.

Bildirilib ki, yeni bölmə havada, su üzərində və sualtında fəaliyyət göstərən, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş zərbə pilotsuz sistemlərindən istifadə edəcək. Onun tərkibinə ABŞ hərbçiləri ilə yanaşı, ABŞ-ın Yaxın Şərqdəki tərəfdaş ölkələrinin nümayəndələri də daxil olacaq.