Rusiya qoşunları Qara dənizdə üç quru yük gəmisini vurub.
Denizxeber.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
Nazirliyin iddiasına görə, hədəfə alınan gəmilərdə Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan yüklər daşınıb.
Məlumatda qeyd olunub ki, gəmilərdən biri Odessa limanında olub, digər iki gəmi isə limana doğru hərəkət edərkən dənizdə vurulub.
“Dənizdə hərəkətdə olarkən Odessa limanına Ukrayna Silahlı Qüvvələrinin təminatı üçün nəzərdə tutulan yükləri çatdıran iki quru yük gəmisi vurulub”, – deyə məlumatda bildirilib.





