Təhlükəsiz marşrut razılığı

65

İran və Oman Hörmüz boğazında təhlükəsiz hərəkət marşrutunun müəyyənləşdirilməsi ilə bağlı razılığa gəliblər.

Denizxeber.az bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai “Tasnim”ə açıqlamasında bildirib.

Bəqai ABŞ ilə müəyyən danışıqlar aparılmasına baxmayaraq, müharibənin davam etdiyini qeyd edib.

“Şərtlərimiz danışıqların əsası idi və Amerika onları pozub. Bu şəraitdə müharibənin başa çatmasından danışmaq olmaz”, – deyə İran XİN-in sözçüsü bildirib.

Bəqainin sözlərinə görə, bəzi media nümayəndələrinin razılaşmanın pozulmasına görə İranı günahlandırması xalqa qarşı haqsızlıqdır.

“Biz Amerikadan danışırıq. Ötən illər ərzində həmişə və daim sözünə əməl etməyən bir ölkədən. Özünü günahkar bilmək düşmənin koqnitiv müharibəsinin əlamətlərindən biridir. Bəzi məsələlər o qədər aydındır ki, onları deməyə ehtiyac yoxdur”, – deyə o vurğulayıb.