Səfail Əliyev motorçu kimi fəaliyyətə başlayıb. Sonra baş mexanik, xidmət rəisi, baş mühəndis və Gəmi Təmiri Zavodunun direktoru olub.
Xəzərdə və xarici sularda üzən gəmilərdə çalışıb, Xəzər Dəniz Neft Donanmasında müxtəlif məsul vəzifələrdə işləyib. Amma onun hekayəsində vəzifələrdən daha çox, illər boyu dəyişməyən bir şey var: dənizçilik peşəsinə bağlılıq.
Bu əməyin nəticəsi olaraq Səfail Əliyev “Əməkdar mühəndis” fəxri adına və Prezidentin fərdi təqaüdünə layiq görülüb.
Bu gün 80 yaşını qeyd edən həmkarımızı təbrik edir və “Dənizçi Ömrü” layihəsi çərçivəsində onun keçdiyi şərəfli yola nəzər salırıq. #ASCO #DənizçiÖmrü #BizimYubilyar




