Dənizdə qurulan həyat – VİDEO

69

Neftçilərlə bərabər Azərbaycan Xəzər dəniz gəmiçiliyi də ölkənin neft-qaz sektorunun fəaliyyətində mühüm rol oynayır. Dənizçilər illərdir neftçilərlə çiyin-çiyinə çalışır, yükdaşıma, təminat və digər dənizçilik xidmətlərini həyata keçirirlər. Bir sözlə, hər iki sahə Azərbaycanın enerji sektorunun ayrılmaz hissəsidir.