Tailand sahillərində baş verən ağır dəniz qəzası

116

Siam körfəzinin şərq hissəsində güclü fırtına səbəbindən balıqçı gəmisi batıb, azı 7 nəfər itkin düşüb.

Denizxeber.az bildirir ki, bu barədə “Khaosod” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, gəmidə ümumilikdə 20 heyət üzvü olub. Onlardan 13 nəfər xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub. Qalan 7 dənizçinin axtarışları davam etdirilir.

Axtarış-xilasetmə əməliyyatlarına Tailand Hərbi Dəniz Qüvvələrinin 1-ci region komandanlığının şəxsi heyəti, eləcə də digər balıqçı gəmiləri cəlb olunub.

Dənizdə güclü dalğalanma və qeyri-sabit hava şəraiti xilasetmə işlərini əhəmiyyətli dərəcədə çətinləşdirir.