Hörmüz boğazında hərbi əməliyyatların davam etdiyi bildirilir.
Denizxeber.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
“Müharibə hələ də davam edir. Qüvvələr hər gün və hər gecə Hörmüz boğazında, Oman dənizində, Fars körfəzində və müxtəlif bölgələrdə döyüşürlər. Hər iki tərəf itki verir”, – SEPAH-dan bildirilib.
Qeyd olunub ki, Hörmüz boğazı hələ də açıq deyil.
“Amerika yalan danışır. Əgər iddia etdiyi kimi belə bir qabiliyyətə malikdirsə, niyə indiyədək Hörmüz boğazını aça bilməyib?” – deyə SEPAH bildirib.
SEPAH həmçinin döyüş meydanında heç bir çatışmazlıqlarının olmadığını iddia edib. Qurumun açıqlamasına görə, qarşı tərəfin imkanları məhdudlaşıb, onun önləyici raketləri tükənib və əvvəlki kimi əməliyyatlar həyata keçirə bilmir.





