BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə Ağ Ev rəhbəri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş keçirilib.
Denizxeber.az IRIB-yə istinadən xəbər verir ki, görüş ABŞ nümayəndəsinin təşəbbüsü ilə baş tutub. Görüşdə Hörmüz boğazının yenidən açılması məsələsi müzakirə olunub.
IRIB-in məlumatına görə, Uitkoffun görüş keçirilməsi ilə bağlı müraciətinin qəbul edilməsinin əsas səbəbi İranın Hörmüz boğazının açılması ilə bağlı şərtlərinin ABŞ tərəfinə çatdırılması olub.
Məlumata əsasən, görüş zamanı İranın mövqeyi ABŞ nümayəndəsinə çatdırılıb. İran tərəfi Hörmüz boğazının yenidən açılması üçün dəniz mühasirəsinin dərhal aradan qaldırılmasını, bloklanmış bütün aktivlərinin dərhal ödənilməsini və “bütün müqavimət cəbhələrində” müharibənin sona çatmasını şərtlər sırasında göstərib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda ABŞ və İran rəsmiləri arasında görüş keçirildiyini və danışıqların üç saat davam etdiyini bildirib.





