Hörmüz boğazında ticarət gəmisi hücuma məruz qalıb və gəmidə yanğın baş verib.
Denizxeber.az bildirir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı iki nəfər xəsarət alıb. Gəminin bütün heyət üzvləri təhlükəsiz əraziyə təxliyə edilib.
Hazırda hücuma məruz qalan gəminin adı, qeydiyyat limanı və insidentin baş verdiyi dəqiq coğrafi koordinatlar barədə məlumat açıqlanmayıb.





