Gəmiyə torpedo hücumu

70

Hörmüz boğazından keçən “MV Cape Dao” quru yük gəmisinə iki torpedo dəyib, nəticədə bir Hindistan vətəndaşı həlak olub.

Denizxeber.az bildirir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

Antiqua və Barbuda bayrağı altında üzən gəmi BƏƏ-nin Mina-Səqr limanından Hindistana doğru hərəkət edib. Hadisə gəminin Oman sahilləri yaxınlığından Hörmüz boğazı ilə keçdiyi zaman baş verib.

Məlumata görə, torpedolar gəminin sol bortuna dəyib. Zərbə nəticəsində yaşayış bölməsinə və mühərrik şöbəsinin bir hissəsinə ciddi ziyan dəyib.

Gəmidə ümumilikdə 28 nəfər olub. Onlardan 20-si Hindistan vətəndaşıdır. Ekipajın digər üzvləri gəmidən təxliyə edilib.

Torpedoların kim tərəfindən buraxıldığı barədə hələlik məlumat açıqlanmayıb.