Qara dənizlə bağlı mühüm məsələ

47

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə edib.

Denizxeber.az bildirir ki, bu barədə Volodimir Zelenskinin “Telegram” kanalı məlumat yayıb.

Görüş zamanı Qara dənizdə təhlükəsizlik, xüsusilə dəniz ixrac dəhlizinin fəaliyyətinin necə təmin ediləcəyi məsələsi müzakirə olunub. Zelenskinin sözlərinə görə, bütün qitələrdəki bir sıra ölkələr Ukraynanın ərzaq ixracından asılıdır və bu ixracın tam bərpası üçün hazırda müxtəlif variantlar nəzərdən keçirilir.

Zelenski Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə ardıcıl dəstəyinə görə Ərdoğana təşəkkür edib. O, Rusiyanın Ukraynaya qarşı müharibəsinin “ləyaqətlə və beynəlxalq hüquqa hörmətlə” başa çatmasının vacibliyini vurğulayıb.

Ukrayna Prezidenti, həmçinin türkiyəli həmkarını ABŞ tərəfi ilə aparılan təmaslar barədə məlumatlandırıb.

Tərəflər ikitərəfli gündəlikdə yer alan məsələləri, o cümlədən azad ticarət zonasının yaradılmasını və potensial “Drone Deal” – dronlar üzrə saziş layihəsini də müzakirə ediblər.