Ağır itki və artan rəqəmlər – YENİLƏNDİ

76

Xəzər dənizində hərbi təlimlər zamanı həlak olan Qazaxıstan hərbi qulluqçularının sayı 12 nəfərə çatıb.

Denizxeber.az bildirir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin rəhbərliyi məlumat yayıb.

Dəqiqləşdirilmiş məlumata görə, təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində 17 hərbi qulluqçunu su axını aparıb.

Onlardan 12-si həlak olub, 3 hərbçi xilas edilib. Daha 2 hərbi qulluqçunun axtarışları davam etdirilir.