Hörmətli tələbələr!
Bu ilin noyabr ayında Heydər Əliyev Mərkəzində Ümummillı liderimizin zəngin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin dərindən öyrənilməsi məqsədilə ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışı keçiriləcək.
Biz də Azərbaycan Dövlət Dəniz Akademiyası olaraq həmişəki kimi yarışda iştirak etməyi özümüzə borc bilirik! Odur ki, bu yarışda iştirak etmək üçün tələbə və magistrantlarımız “Humanitar fənlər” kafedrasına 02 oktyabr 2026-cı il tarixinədək müraciət edə bilərlər.
Qeyd: Kafedranın keçirəcəyi seçki əsasında 8 nəfər bilik yarışında iştirak etmək hüququ qazanacaq.





