“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Dünya Dəniz Günü münasibətilə Beynəlxalq Dəniz Təşkilatının (IMO) təşəbbüsü ilə həyata keçirilən qlobal “mavi işıqlandırma” (Light It Up Blue) kampaniyasına qoşulub.
Denizxeber.az ASCO-a istinadən bildirir ki, bununla əlaqədar, sentyabrın 24-də ASCO-nun binası mavi rəngdə işıqlandırılıb. Bu kampaniya təhlükəsiz, etibarlı və dayanıqlı gəmiçiliyə olan beynəlxalq sədaqəti simvolizə edir.
Hər il sentyabrın sonuncu cümə axşamı qeyd olunan Dünya Dəniz Gününün 2026–2027-ci illər üçün mövzusu “Siyasətdən praktikaya: Dənizçilikdə mükəmməlliyə doğru” müəyyən edilib. Mövzu beynəlxalq dənizçilik qaydalarının yalnız qəbul olunmasını deyil, onların milli qanunvericilikdə, nəzarət mexanizmlərində və gündəlik dənizçilik əməliyyatlarında effektiv tətbiqinin vacibliyini vurğulayır.





