Baş komandanın müavini də SAXLANILDI – YENİLƏNDİ

59

Xəzər dənizində keçirilən təlimlər zamanı Qazaxıstan hərbi qulluqçularının həlak olmasından sonra ölkənin Müdafiə Nazirliyinin beş rəsmisi saxlanılıb.

Denizxeber.az bildirir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Qazaxıstan Silahlı Qüvvələrinin yüksək və yuxarı komanda heyətinin məsul vəzifəli şəxsləri vəzifəyə səhlənkar münasibət göstərməkdə və ağır nəticələrə səbəb olan gəmi idarəetmə qaydalarını pozmaqda şübhəli bilinərək saxlanılıblar.

“Vəzifəyə səhlənkar münasibət və ağır nəticələrə səbəb olan gəmi idarəetmə qaydalarının pozulması ilə bağlı cinayət əməlləri törətməkdə şübhəli bilinərək Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin yüksək və yuxarı komanda heyətinin məsul vəzifəli şəxsləri saxlanılıblar”, – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, saxlanılanlar arasında qərargah rəisi – Qazaxıstan Silahlı Qüvvələri Hərbi Dəniz Birləşmələri baş komandanının birinci müavini, iki hərbi hissə komandiri, həmçinin dəniz piyadaları rotasının və katerlərin komandirləri var.