Strateji tranzit xətti

44

Gürcüstan Orta Dəhlizin imkanlarından istifadə etməklə Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat bağlantılarının gücləndirilməsini hədəfləyir.

Denizxeber.az bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib.

“Cənubi Qafqazın və Orta Dəhlizin ayrılmaz hissəsi kimi Gürcüstan Mərkəzi Asiya ilə Avropa arasında bağlantıların gücləndirilməsi üçün əlverişli mövqeyə malikdir”, – deyə Baş nazir vurğulayıb.

İrakli Kobaxidze qeyd edib ki, Gürcüstanın strateji coğrafi mövqeyi və Qara dənizə birbaşa çıxışı regionun dənizə çıxışı olmayan ölkələrinin qlobal təchizat zəncirlərinə inteqrasiyasına imkan yaradır.