Hərbçilərlə vida mərasimi

54

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizində təlimlər zamanı həlak olan hərbçilərlə vida mərasimi keçirilib.

Denizxeber.az bildirir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Matəm mərasimində Qazaxıstanın müdafiə naziri Dauren Kosanov, Manqistau vilayətinin administrasiyasının rəhbəri Nurdaulet Kılabay, Qazaxıstan Müsəlmanları Dini İdarəsinin sədri Naurızbay hacı Taqanulı, parlament deputatları, tanınmış ictimai xadimlər və həlak olan hərbçilərin silahdaşları iştirak ediblər.

Mərasim iştirakçıları mərhumların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

“Dövlət başçısı Kasım-Jomart Tokayevin tapşırığı ilə hərbçilərin ailələrinə dövlət tərəfindən sosial ödənişlər, maddi yardım və dəfn mərasimlərinin təşkili üçün hərtərəfli dəstək də daxil olmaqla, bütün zəruri yardım göstərilir”, – deyə məlumatda bildirilib.

Yardım üçün vəsaitlərin toplanması məqsədilə Manqistau vilayətinin administrasiyası tərəfindən xüsusi fond yaradılıb.

Xatırladaq ki, sentyabrın 24-də Manqistau vilayətində Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı 17 hərbçi açıq dənizə sürüklənib. Onlardan 14-ü həlak olub, 3 nəfər isə xilas edilib.