Prezidentin sərt reaksiyası

56

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Müdafiə Nazirliyində kompleks yoxlamaların aparılması məqsədilə xüsusi komissiya yaradıb.

Denizxeber.az bildirir ki, bu barədə rəsmi məlumat yayılıb.

Təftiş Müdafiə Nazirliyindəki ümumi vəziyyəti, o cümlədən hərbi bölmələrin maliyyə və maddi-texniki təminatını əhatə edəcək.

Komissiyaya Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva rəhbərlik edəcək. Ali Audit Palatasının sədri Əlixan Smailov komissiya sədrinin müavini təyin olunub.

Tokayev komissiyaya yoxlamanın ilk nəticələri barədə bir həftə ərzində hesabat təqdim etməyi tapşırıb.

Xatırladaq ki, sentyabrın 24-də Xəzər dənizində keçirilən təlimlər zamanı hava şəraitinin kəskin pisləşməsi nəticəsində 17 hərbçi açıq dənizə sürüklənib. Hadisə nəticəsində 14 hərbçi həlak olub, 3 nəfər xilas edilib.