Yeddi günlük yol xəritəsi

49

İran ABŞ-yə Hörmüz boğazında normal gəmiçiliyin bərpasını nəzərdə tutan yeddigünlük plan təqdim edib.

Denizxeber.az bildirir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçinin təqdim etdiyi plana əsasən, ABŞ təklif olunan şərtləri qəbul etdiyi andan etibarən yeddi günlük müddət başlayacaq.

Şərtlər yerinə yetirildiyi təqdirdə, yeddinci gün Hörmüz boğazının açılması və Vaşinqtonla danışıqların bərpa edilməsi nəzərdə tutulur.

Əraqçi bildirib ki, İran Hörmüz boğazında azad və təhlükəsiz gəmiçiliyin təmin olunmasına sadiqdir. Onun sözlərinə görə, boğazda təhlükəsizliyin hərbi əməliyyatlar yolu ilə bərpası mümkün deyil.

Məlumata əsasən, İranın planı nüvə proqramı ilə bağlı danışıqların da yenidən başlamasını nəzərdə tutur.