Argentinanın cənubunda yerləşən Çubut əyalətinin sahillərində yenidən onlarla ölü cənub hamar balinası balası aşkar edilib.
Denizxeber.az bildirir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilir ki, CONICET Milli Tədqiqat Şurasının Dəniz Məməliləri Laboratoriyasının tədqiqatçısı Mariano Koskarella cari mövsümdə gənc balinalar arasında ölüm səviyyəsinin xüsusilə yüksək olduğunu bildirib. Onun sözlərinə görə, narahatlıq doğuran bu tendensiya iyun ayından etibarən davam edir.
Qeyd olunur ki, baytarlar adətən balinaların dərisində məskunlaşan bakteriyaların törətdiyi ciddi xəstəlik olan erizipel xəstəliyinin yayılmasından şübhələnirlər.
“Görünür, söhbət təbii səbəblərdən gedir, lakin insan fəaliyyətinin təsirini də tam istisna edə bilmərik”, – deyə M. Koskarella bildirib.
Çubut əyalətinin rəsmiləri heyvanların tələf olmasının səbəblərini müəyyənləşdirmək üçün alimlərlə sıx əməkdaşlıq etdiklərini açıqlayıblar.





