Azərbaycan xalqı Vətən müharibəsi qəhrəmanlarını ehtiramla yad edir

149

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür.

Denizxeber.az bildirir ki, bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur.

Altı il əvvəl – 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlayıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başlayıb.

44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan ərazilərin böyük hissəsini azad edib. Müharibə xalq, ordu və dövlət birliyinin mühüm nümunələrindən biri kimi tarixə düşüb.

Azərbaycan 44 günlük müharibədə 2908 şəhid verib, 6 hərbçi isə itkin düşüb.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.