Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyəti

45

Qazaxıstan və Avstriya dəmir yolu və Xəzər dənizi vasitəsilə yükdaşımaların həcminin artırılmasında maraqlıdır.

Denizxeber.az Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinə istinadla xəbər verir ki, tərəflər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının genişləndirilməsi, logistika infrastrukturunun inkişaf etdirilməsi və daşımaların səmərəliliyinin artırılması istiqamətində əməkdaşlığı gücləndirmək niyyətindədirlər.

Bu məsələlər Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aydar Abildabekov ilə Qazaxıstan-Avstriya Parlamentlərarası Dostluq Qrupunun sədri Markus Hoferin rəhbərlik etdiyi Avstriya nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə olunub.

Bundan əlavə, Qazaxıstan Avstriyaya 637,5 milyon ABŞ dolları dəyərində emal olunmuş məhsul ixracının artırılması imkanlarını nəzərdən keçirir.