2026-cı ilin sentyabrında Yaxın Şərqdən neft ixracı kəskin artaraq İranın Hörmüz boğazını bağlamasından əvvəlki səviyyəyə yaxınlaşıb.
Denizxeber.az bildirir ki, neft axınının bərpa olunması qlobal enerji bazarlarında qiymət təzyiqini əhəmiyyətli dərəcədə azalda bilər.
“Kpler” analitik şirkətinin məlumatlarına görə, sentyabr ayında Hörmüz boğazından gündəlik orta hesabla 10 milyon barrel neft daşınıb. Boğazdan yan keçən kəmərlər və alternativ limanlar vasitəsilə isə Fars körfəzi ölkələrindən əlavə olaraq gündəlik 6 milyon barrel xam neft ixrac edilib.
Xatırladaq ki, fevralın sonunda İranla müharibə başlamazdan əvvəl regiondan dəniz və digər nəqliyyat marşrutları ilə gündəlik təxminən 19 milyon barrel neft ixrac olunurdu.
Nəşr qeyd edir ki, neft tədarükünün kəskin artması İranın bu mühüm dəniz keçidinə nəzarətinin zəiflədiyini göstərir.
Bundan əlavə, Səudiyyə Ərəbistanının sentyabrın əvvəlində PUA hücumlarına məruz qalan strateji “Şərq-Qərb” neft kəmərini təmir etdiyi və onun vasitəsilə neft nəqlini yenidən bərpa etdiyi bildirilir.





