Tramp: ABŞ Hörmüz boğazı üzərində tam nəzarəti saxlayır

62

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Hörmüz boğazından keçən gəmi hərəkətinə tam nəzarət etdiyini bildirib.

Denizxeber.az bildirir ki, bu sözləri Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib: “Biz sözün əsl mənasında Hörmüz boğazına nəzarət edirik. Tam nəzarətimiz var.”

Onun sözlərinə görə, İranın vəziyyətə müdaxilə etmək imkanları məhduddur. Tramp mümkün ssenarilərdən biri kimi İranın boğazda mina yerləşdirə biləcəyini qeyd edib. Bununla belə, o bildirib ki, belə bir addım müəyyən problemlərə səbəb ola bilər, çünki gəmi sahibləri Hörmüz boğazından keçərkən riskə getmək istəmirlər.

ABŞ lideri İranla qarşıdurmada Vaşinqtonun qarşıya qoyduğu məqsədlərə tezliklə çatacağına əminliyini ifadə edib. Tramp daha əvvəl də İranla razılaşmanın seçkilərdən sonra, hətta seçkilərdən əvvəl əldə edilə biləcəyinə inandığını bildirdiyini xatırladıb.