Norveç sahillərində, Olesund şəhəri yaxınlığındakı fyordda iki yük gəmisi və bir neft tankeri toqquşub.
Denizxeber.az bildirir ki, bu barədə Norveçin NRK teleradio şirkəti məlumat yayıb.
Toqquşma nəticəsində hər üç gəmi zədələnib. Gəmilərdən birində sızma qeydə alınıb.
Hadisə zamanı ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Dənizçilər gəmilərdən təxliyə ediliblər.
İlkin məlumata görə, ətraf mühitə ziyan dəyməyib. Müvafiq qurumlar hadisənin mümkün nəticələrini qiymətləndirirlər.
Məlumata əsasən, gəmilər Niderland, Farer adaları və Norveçdən yola düşüblər.





