Qara dənizdə ticarət gəmilərinə qarşı həyata keçirilən pilotsuz uçuş aparatı (PUA) hücumlarından sonra Bolqarıstan vitse-prezidenti İliyana Yotova Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Denizxeber.az bildirir ki, bu barədə Bolqarıstan Milli Televiziyası məlumat yayıb.
Dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, iclas “Ukraynadakı müharibə kontekstində dəniz təhlükəsizliyi və Bolqarıstanın kritik infrastrukturu üçün mövcud risklər və təhdidlər” mövzusuna həsr olunacaq.
İclasın sabah yerli vaxtla saat 13:00-da keçirilməsi nəzərdə tutulub.





