Qara dənizdə dron hücumu

44
None

Qara dənizdə Toqo və Palau bayraqları altında hərəkət edən “Alfa Watan” və “Able” adlı ticarət gəmiləri naməlum pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Denizxeber.az-ın Maritime.bg nəşrinə istinadən verdiyi məlumata görə, hazırda Bolqarıstan sahillərindən təxminən 80 dəniz mili (130 kilometr) məsafədə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Hücum nəticəsində ağır zədələnən “Alfa Watan” gəmisi dənizdə batıb. Gəminin heyət üzvlərinin taleyi barədə hələlik məlumat yoxdur.

“Able” gəmisində isə hücumdan dərhal sonra yanğın baş verib. Xilasetmə əməliyyatına cəlb olunan Bolqarıstana məxsus “Dioscuria” bərəsi vasitəsilə 18 dənizçi təxliyə edilib. Xilas edilənlər arasında yaralıların olduğu bildirilir.

Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Bolqarıstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, hadisə ilə əlaqədar Baş nazir Rumen Radev təcili iclas çağırıb. Toplantıda Müdafiə və Daxili İşlər nazirliklərinin, müxtəlif xüsusi xidmət orqanlarının, eləcə də aidiyyəti idarə və qurumların nümayəndələri iştirak ediblər.