Qara dənizdəki hücumda həlak olan azərbaycanlı gəmi kapitanının atası danışdı: “Bir gün öncə zəng etmişdi…” – VİDEO

66

Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında yük gəmisinin dron hücumuna məruz qalması nəticəsində həlak olan Azərbaycan vətəndaşının kimliyi məlum olub.

Denizxeber.az bildirir ki, hücum nəticəsində gəminin kapitanı, 1974-cü il təvəllüdlü Rüstəm İsmayıl oğlu Həsənov həyatını itirib. Hadisə zamanı digər Azərbaycan vətəndaşı, 2002-ci il təvəllüdlü Məhəmməd Həmzə oğlu Süleymanzadə isə itkin düşüb. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Faciəli şəkildə həlak olan kapitanın atası İsmayıl Həsənov övladı ilə hadisədən bir gün əvvəl danışdıqlarını bildirib:

Aradan bir ay keçdi, zəng elədi. Gəlib gəlməyəcəyini soruşdum, dedi ki, gəmidə bir az təmir işləri var. Onları bitirim.

Atasının sözlərinə görə, avqustun 15-də səfərə çıxan Rüstəm Həsənov hadisədən bir gün əvvəl ailəsinə gəminin artıq dənizə çıxdığını və İtaliyaya yük apardığını söyləyib. O, səfərdən qayıtdıqdan sonra evə dönəcəyini bildiribmiş.