Şəhidimizin adını daşıyan gəmi PUA hücumuna məruz qaldı: Yaralanan azərbaycanlının atası danışdı – VİDEO

54

Ukraynadan İtaliyaya taxıl daşıyan və 44 günlük Vətən müharibəsi şəhidi Röyad Məmmədovun adını daşıyan “Royad Məmmədov” yük gəmisi PUA hücumuna məruz qalıb.

Denizxeber.az bildirir ki, insident nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilənlər arasında Masallı rayonunun Digah kənd sakini, gəminin mühərrik ustası Coşqun Məmmədəliyev də var. O, hazırda Rumıniyada digər yaralı heyət üzvləri ilə birlikdə zəruri tibbi yardım alır.

Yaralanan azərbaycanlının atası övladı ilə əlaqə saxladığını və onun səhhətinin yaxşı olduğunu bildirib.

“O, üç ildir gəmidə mühərrik ustası kimi çalışırdı. İki aydır ki, gedib. İki ay ərzində hər bir şey normal idi, salamatçılıq idi. Rumıniyanın şəhərində idilər. Bizim məlumatımız olmayıb. Bu gün səhər öyrənmişik ki, gəmi vurulub, yaralılar var, ölənlər var. Özü ilə də danışmışıq. İndi hər şey normaldır, qaydasındadır. Uşaq zəng edib dedi ki, hər şey qaydasında, salamatçılıqdır. Şükürlər olsun.”

Xatırladaq ki, Vətən müharibəsi şəhidi Röyad Məmmədovun adı həmin gəmiyə 2022-ci ildə verilib.