Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs olundu

42

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı Kanat Niyazbekov həbs edilib.

Denizxeber.az-ın Qazaxıstan mediasına istinadən verdiyi məlumata görə, onun həbsinə səbəb Xəzər dənizində keçirilən təlimlər zamanı hərbi qulluqçuların ölümü ilə nəticələnən iş üzrə xidmətə səhlənkar yanaşmasıdır.

Xatırladaq ki, sentyabrın 24-də Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı hava şəraitinin qəfil və kəskin pisləşməsi nəticəsində 17 hərbi qulluqçu dənizə düşmüşdü. Hadisə nəticəsində onlardan 3 nəfər xilas edilsə də, 14 hərbçi həlak olmuşdu.