Onun üçün dəniz doğma məkan, dənizçilik isə həyat tərzidir.
Gənc yaşlarından gəmiyə olan həvəsini dənizçi olmaq arzusuna çevirən Xəlil Zeynalov artıq 25 ildir ki, bu sahədə çalışır.
Hazırda ASCO-nun “Culfa” tankerinin kapitanı olan Xəlil Zeynalov peşəsinə bağlılığı, məsuliyyəti və fədakarlığı ilə seçilir.
BizimDənizçilər layihəsinin növbəti buraxılışında peşəkar kapitanımızla daha yaxından tanış olacaq, onun dənizçilik yoluna birlikdə nəzər salacağıq.





