Alimlər Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

60

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin universitetləri və tədqiqat mərkəzləri Assosiasiyasının 28-ci Baş Assambleyası baş tutub.

Denizxeber.az bildirir ki, Manqistau vilayəti administrasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə Xəzəryanı ölkələrin ali təhsil müəssisələrinin və tədqiqat təşkilatlarının rəhbərləri, eləcə də tanınmış alimlər iştirak ediblər.

Görüş çərçivəsində iştirakçılar Xəzər dənizinin ekoloji vəziyyəti, su səviyyəsinin kəskin azalması, su çatışmazlığı, biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyinin regiona təsirlərini geniş müzakirə ediblər. Alimlər elmi məlumat mübadiləsinin genişləndirilməsi, birgə tədqiqatların aparılması və sübutlara əsaslanan praktik həllərin hazırlanmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, 1996-cı ildə təsis edilmiş Assosiasiya Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın apardığı elmi-tədqiqat institutlarını və ali təhsil müəssisələrini özündə birləşdirir.