AZCON Holding və ADY nümayəndə heyəti Qazaxıstanın liman və terminallarının fəaliyyəti ilə tanış olub – FOTO

13

Qazaxıstanda səfərdə olan AZCON Holding və “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nümayəndə heyəti bu ölkənin aparıcı liman və terminallarının fəaliyyəti ilə tanış olub.

Denizxeber.az bildirir ki, səfər çərçivəsində Aktau və Kurık limanları, Aktau Dəniz Şimal Terminalı, “Aktau Beynəlxalq Konteyner Qovşağı” MMC və “Sarja” multimodal terminalının infrastrukturuna baxış keçirilib. Görüşlərdə bu infrastruktur obyektlərinin regionun nəqliyyat-logistika imkanlarının genişləndirilməsində mühüm rol oynadığı vurğulanıb.

Liman rəhbərlikləri ilə aparılan müzakirələrdə Bakı Beynəlxalq Dəniz Limanı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın inkişafı, yükaşırma əməliyyatlarının səmərəliliyinin artırılması və rəqəmsal məlumat mübadiləsinin təşkili məsələləri diqqət mərkəzində olub. Tərəflər tranzit daşımaların optimallaşdırılması və Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin gücləndirilməsi üçün limanlararası koordinasiyanın vacibliyini qeyd ediblər.