Yaxın Şərqdən neft ixracı Hörmüz və Bab əl-Məndəb boğazlarındakı təhlükəsizlik riskləri səbəbindən kəskin azalıb

11

Hörmüz boğazında təhlükəsizlik risklərinin artması və Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən Bab əl-Məndəb boğazındakı gərginlik Yaxın Şərqdən neft və neft məhsulları ixracına ciddi təzyiq göstərməyə başlayıb.

Denizxeber.az bildirir ki, “Kpler” gəmi izləmə şirkətinin məlumatına görə, Yaxın Şərqdən xam neft, neft məhsulları və maye kimyəvi maddələrin gündəlik ixracı oktyabrın 8-dəki 21,1 milyon bareldən oktyabrın 13-də 8,3 milyon barelə qədər geriləyib. Son 7 gün ərzində orta gündəlik ixrac həcmi 17 milyon barel təşkil etsə də, bu göstərici müharibədən əvvəlki sutkalıq 23,3 milyon barelik səviyyədən kifayət qədər aşağıdır.

İxracın kəskin düşməsi Hörmüz boğazından gəmi keçidlərinin minimuma enməsi ilə əlaqələndirilir; belə ki, oktyabrın 8-də boğazdan 32 gəmi keçdiyi halda, oktyabrın 12-də bu rəqəm cəmi 6-ya düşüb. Экспертlər eyni vaxtda həm Hörmüz, həm də Bab əl-Məndəb boğazında yaranan təchizat axsamalarının qlobal enerji bazarlarına daha böyük təzyiq göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.