Bakı bulvarında Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq keçiriləcək

54

Noyabrın 8-də Zəfər Günü münasibətilə Bakı bulvarında konsert keçiriləcək.

Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Saat qülləsinin yaxınlığında keçiriləcək konsertdə Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər və rəqs kollektivləri iştirak edəcəklər.

Gecəyə atəşfəşanlıqla yekun vurulacaq.