Azərbaycan Respublikası Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına və BTİ-nin Radio Tənzimləmə Komitəsinin 2027–2030-cu illər üzrə üzvlüyünə seçilib – FOTO

51

Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BTİ-nin Şurasının 2027–2030-cu illər üzrə üzvlüyünə, həmçinin AZCON Holding şirkətlərindən olan Azərkosmosun əməkdaşı Sitarə Mehdiyeva təşkilatın Radio Tənzimləmə Komitəsinin (RTK) 2027–2030-cu illər üzrə üzvlüyünə seçilib.

Denizxeber.az bildirir ki, seçkilər ciddi beynəlxalq rəqabət şəraitində keçirilib. Azərbaycan təmsil olunduğu Şərqi Avropa və Şimali Asiya regionu üzrə ən yüksək səs toplayaraq 129 səslə BTİ Şurasına üzv seçilib.

BTİ-nin Radio Tənzimləmə Komitəsinə keçirilən seçkilərdə isə Azərbaycan öz qrupunda ən yüksək səs toplayaraq 111 səslə RTK-ya üzv seçilib.