Mayeləşdirilmiş neft qazı daşıyan “Gas Husky” tankeri Qara dənizdə, Bolqarıstan sahillərində həyəcan siqnalı verib.
Denizxeber.az məlumat verir ki, bu barədə “Reuters” agentliyi iki mənbəyə və yerli mediaya istinadən məlumat yayıb.
Bolqarıstanın BNT ictimai teleradio şirkətinin məlumatına görə, Liberiya bayrağı altında üzən gəmi Kaliakra burnundan təxminən 60 dəniz mili məsafədə olarkən həyəcan siqnalı verib.
Bolqarıstan tərəfi faktla bağlı araşdırmalara başlayıb.
Hadisənin səbəbi, tankerin və onun heyətinin vəziyyəti hələ də naməlum qalır.
Ötən gün sahilin eyni hissəsindən təxminən 40 dəniz mili məsafədə yük gəmisi batıb.





