ABŞ və Türkiyə Aralıq dənizində birgə hərbi təlim keçirib.
“Report” xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, təlimdə Türkiyə Hərbi Dəniz Donanmasının “Kemalreis” freqatı və ABŞ-ın “Eisenhower” aviadaşıyıcısı iştirak edib.
Qeyd olunub ki, təlimlər Aralıq dənizinin mərkəzi və şərq hissəsində keçirilib.