Suqovuşanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası start götürüb.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda müxtəlif yaş qrupları üzrə idmançılar 1 nəfərlik kayak və kanoe qayıqları ilə 200 metr məsafədə mübarizə aparırlar.
Turnirdə Azərbaycanla yanaşı Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox idmançı iştirak edir.
Beynəlxalq reqata 1 may tarixində başa çatacaq.





